Video 12:11 07.07.2019

UFC-də nokaut rekordu (VİDEO)

Braziliyalı MMA döyüşçüsü Xorxe Masvidal UFC tarixində ən tez qələbə qazanan idmançı kimi ilkə imza atıb.

Qaynarinfo xəbər verir ki, Masvidal 34 yaşlı amerikalı rəqibi Ben Askreni cəmi 5 saniyə içində dəqiq zərbə ilə nokaulta salaraq məğlub edib. 

Qeyd edək ki, bundan öncə amerikalı döyüşçü Duan Lyudviq kanadalı rəqibi Conatan Quleni 6 saniyə ərzində nokault etmişdi.