İdman 18:00 06.09.2020

UFC Las Veqas turnirindəki iki döyüşü ləğv etdi

Qarışıq döyüş növləri üzrə UFC çempionatı döyüşçülərdə koronavirus aşkar edildiyi üçün Las Veqas turnirindəki iki döyüşü ləğv edib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

Beləliklə, Tiyaqo Moyzes (Braziliya) - Jalin Tyorner (ABŞ) və Aleksandr Romanov (Moldova) - Markus Rojerio (Braziliya) döyüşləri ləğv edilib.

Əsas döyüşdə Alister Overim (Niderland) Auqusto Sakayi (Braziliya) ilə qarşılaşacaq.