İdman 09:28 17.10.2018

UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC himayəsi altında çıxış etməyə davam edəcək.

Qaynarinfo-nun oxu.az-a istinadən xəbərinə görə, bunu təşkilatın prezidenti Deyna Uayt bəyan edib.

"O qalır. Biz bacardıq və işimizə davam edəcəyik. Həbib üzülmüşdü və özündən çıxmışdı”, - Uayt deyib.

UFC prezidenti qeyd edib ki, Nurməhəmmədovun çox emosional döyüşü olub, buna baxmayaraq, onlar münasibətlərini qoruya biliblər.

"Həbib əla oğlandır”, - təşkilat rəhbəri əlavə edib.

Uayt bildirib ki, Zubayra Tuhuqovun turnirdəki taleyi barədə hələ qərar verilməyib.

Xatırladaq ki, oktyabrın 7-də UFC 229 turniri çərçivəsində dağıstanlı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion kəmərini qoruyub. Döyüşdən sonra rusiyalı irlandiyalının məşqçisi Dillon Denisə, Tuhuqov isə Makqreqora hücum edib.