Dünya 21:43 25.11.2013

Ukrayna Avropa Birliyinin qarşısında şərt qoydu


Rəsmi Kiyev Avropa Birliyi (AB) ilə assosiativ üzvlüklə bağlı sənədi imzalamaq üçün iki əsas şərtinin olduğunu bəyan edib.

Ans press-in Ukrayna KİV-ə istinadən verdiyi xəbərə görə, özü də bu şərtlər fonunda sabiq baş nazir Yuliya Timoşenkonun həbsdən azad edilərək Avropada müalicə alması məsələsi artıq gündəmdə deyil.

Kiyevin şərtlərindən birincisi Beynəlxalq Valyuta Fondunun ölkəyə 10 milyard avro kreditin ayrılması və kommunal müəssisələr və dotasiyalı sənaye üçün qazın qiymətinin qaldırılması tələbindən imtinadır.

İkinci şərt azad ticarət zonasında Ukrayna mallarının ixracına, o sırada metallurgiya məhsullarının ixracına qoyulan kvotanın götürülməsi ilə bağlıdır.

Avrostrukturlardakı mənbədən bildirilib ki, AB bu şərtləri yalnız gələn ilin payızında – Avroparlamentə seçkilərdən sonra təmin eləməyə hazırdır.

Qaynar.info