Ukraynanın məşhur futbolçusu Azərbaycanda çıxış edə bilər

Ukraynanın məşhur futbolçusu Azərbaycanda çıxış edə bilər

Ukrayna millisinin sabiq üzvü Yevgeni Xaçeridi klub axtarışına çıxıb.

Qaynarinfo "Dinamo Kiev İnsider"in "Telegram" kanalına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını Azərbaycanda davam etdirə bilər.

Məlumata görə, Xaçeridinin agentləri hazırda əsas diqqəti Azərbaycan və Qazaxıstan klublarlna yönəldiblər. Çünki futbolçu maaş məsələsində Ukraynanın Premyer Liqa klubları ilə anlaşa biləyib.

Qeyd edək ki, son olaraq Belarusun "Dinamo" (Brest) klubunda oynayan Yevgeni Xaçeridi əvvəllər Ukraynanın "Olkom", "Volın", "Dinamo" (Kiyev) və Yunanıstanın PAOK klublarında oynayıb. O, Kiyev "Dinamo"sunun heyətində 3 dəfə Ukrayna çempionluğunu, 2 dəfə kubokunu və 3 dəfə ölkə Super Kubokunu qazanıb. PAOK-la isə Yunanıstan çempionluğuna və kubokuna sahib çıxıb.

34 yaşlı müdafiəçi 2009-cu ildən Ukrayna millisinə dəvət alıb. Futbolçu əsas yığmanın heyətində 51 oyun keçirib və 2 qol vurub.


  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR