Dünya 16:02 10.12.2013

Ukraynada 300-dən çox adam qarın altında yatdı - ETİRAZ


Ukraynada hökumətin yeritdiyi xarici siyasətə etiraz edən bir qrup şəxs Baş Prokurorluq binasının qarşısında qarın altında yatıblar.

Qaynar.info-nun məlumatına görə, Kiyev Məhkəməsi yanvarın 7-dək Ukrayna Baş Prokurorluğu binasının qarşısında hər cür aksiyanı qadağan etməsinə baxmayaraq etirazçılar binanın girişi qarşısında yatıblar.

Qar və güclü şaxtanın olmasına, polisin müdaxiləsinə baxmayaraq etirazçıları oradan çıxarmaq mümkün olmayıb.

Aksiya iştirakçıları qarın üstündə yataraq binaya giriş-çıxışı bağlayıblar. Daha sonra 300 nəfərə yaxın insan "yatan adam" aksiyasına
dəstək olmaq üçün Baş Prokurorluq binasının yanına gələrək, onlara qoşulublar.

Yatan adamlar baş prokurordan Müstəqillik Meydanında aksiyalar zamanı həbs olunanları azad edilməsini tələb ediblər.

Qaynar.info