Ölkə 11:40 16.05.2019

Ukraynada 32 yaşlı azərbaycanlı öldürüldü

Ukraynanın Jitomirsk vilayətində naməlum şəxslər Azərbaycan vətəndaşını güllələyiblər. 

Qaynarinfo xəbər verir ki, xəbər verir ki, bu barədə "UNN” portalına hüquq-mühafizə orqanlarından bildirilib.

İnsident "Kamennıy Brod” kəndindəki daş emalı zavodlarının birində qeydə alınıb. İki naməlum şəxs odlu silahla bu müəssisənin işçisinə atəş açıblar. 1987-ci il təvəllüdlü azərbaycanlı hadisə yerində dünyasını dəyişib.

Cinayətkarlar motosikletə minərək hadisə yerindən qaçıblar.

Faktla bağlı cinayət işi açılıb.

(Qafqazinfo)