Video 19:55 03.09.2018

Ukraynada azərbaycanlı qanunsuz miqrantlar saxlanıldı (VİDEO)

Ukrayna Dövət Sərhəd Xidmətinin (UDSX) əməkdaşları azərbaycanlılardan ibarət qanunsuz miqrant qrupunu yaxalayıb.

Qaynarinfo yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı məlumatı UDSX yayıb.

Azərbaycanlılar Çopskov dəstəsinin "Ujqorod” bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Naməlum şəxslərlə bağlı sərhədçiləri Ujqorod rayonunun Onokovtsı kəndinin sakinləri məlumatlandırıb.

Saxlanılanlardan üçü Azərbaycan və biri Banqladeş vətəndaşıdır. Sərhəd pozucularından yalnız birinin üzərindən şəxsiyyəti təsdiq edən sənəd aşkarlanıb.

Onlara qarşı Ukrayna ərazisinə qanunsuz daxil olma maddəsi ilə ittiham irəli sürülüb.