Xəbər lenti

Ukraynada daha bir azərbaycanlı həlak oldu
Dünya 17:14 05.09.2024

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukrayna-Rusiya müharibəsində daha bir azərbaycanlı həlak olub.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşən Emil Ağabəyov ölüb.

Bildirilib ki, Emil müharibənin ilk günlərindən könüllü şəkildə döyüşlərə qoşulub. O, dünən Xarkov istiqamətində gedən döyüşlərdə həlak olub.

E.Ağabəyovun 2 övladı yadigar qalıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->