Ölkə 12:10 21.01.2019

Ukraynada daha bir azərbaycanlı iş adamı itkin düşüb

Ukraynanın Xarkov vilayətinin Boqoduxov şəhərində əslən Azərbaycanın Salyan rayonundan olan, 1970-ci il təvəllüdlü Şirinov Həsən Sabir oğlu adlı iş adamı itkin düşüb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, artıq 4 gündür yoxa çıxan iş adamının oğurlandığı da ehtimal edilir.

Həm Xarkov şəhərində, həm də Boqoduxov şəhərində yaşayan H. Şirinovun axrıncı dəfə sonuncu şəhərdəki evindən çıxdığı və bundan sonra onunla bütün əlaqələrin itdiyi bildirilir. O, uzun müddətdir Xarkov vilayətində yaşayır, kənd təsərrüfatı biznesi ilə məşğuldur.