phrase_var_qaynar. 14:45 03.09.2020

Ukraynada güllələnən azərbaycanlı tələbələr ölkədən deportasiya olundu

Ukraynanın paytaxtı Kiyevdə bir müddət əvvəl silahlı hücuma məruz qalan Azərbaycan vətəndaşları Nicat Kərimov və Azər Abbasov ölkədən deportasiya olunublar.

Qaynarinfo report-a istinadən bildirir ki, Kiyev şəhər Peçerskiy rayon polisindən Report-a verilən məlumata görə, polis tərəfindən saxlanıldıqdan sonra istintaqın rəyi əsasında hər iki şəxs barəsində məhkəmə tərəfindən Azərbaycana deportasiya olunma qərarı verilib.

Deportasiyaya səbəb kimi xuliqanlıq və hüquq-mühafizə orqanlarına fərqli ifadələr verməklə istintaqın gedişini yayındırmaq göstərilib.

Xatırladaq ki, iyulun 24-də gecə Kiyev şəhərində iki azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində yaralanmışdı. Şahidlərin ilkin ifadəsinə görə, hadisəni törədən Ermənistan nömrəsi olan avtomobildə olan şəxslər olmuşdu.


Oxşar xəbərlər