Sağlamlıq 18:19 21.10.2018

Ukraynada hər həftə 110 nəfər bu xəstəlikdən ölür

Ukraynada hər həftə təxminən 110 nəfər döş xərçəngindən dünyasını dəyişir.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlmat yayıb.

Son 3 ildə ölkədə bu xəstəlikdən ölənlərin sayı təxminən 3 dəfə artıb. Ötən il ümumilikə döş xərçəngindən ölənlərin sayı 5823 nəfər olub. Bunlardan 5774-ü qadın, 49-u isə kişidir.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il təxminən 500 min qadın döş xərçəngindən ölür.