Ukraynada hərbi təyyarə düşdü, 20 nəfər öldü (VİDEO)
Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 hərbi təyyarəsi qəzaya uğrayıb.
"Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Hərbi hava Qüvvələrinin Xarkov Universitetinin kursantlarının olduğu təyyarə 2 kilometr uçduqdan sonra düşüb. Rostov şosseis yaxınlığına düşən təyyarənin hansı istiqamətdə uçması hələlik bilinmir.
Qəza zamanı ölənlərin və yaralananların olduğu bildirilir. Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb. İnsidentin səbəbi aydınlaşdırılır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər