Dünya 21:52 28.10.2021

Ukraynada karantin sərtləşdirilir

Ukraynanın paytaxtı Kiyevdə koronavirusa yoluxma artır.

"Qafqazinfo”nun məlumatına görə, Kiyevin bələdiyyə sədri Vitali Kliçko bu səbəbdən noyabrın 1-dən ölkədə karantin tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.

Noyabrın 1-dən etibarən kafe, restoran, idman zalı, alış-veriş mərkəzləri, ictimai nəqliyyat və kütləvi tədbirlərə giriş ancaq COVID-19 pasportu, ya da neqativ nəticəli PCR testi ilə mümkün olacaq.