Dünya 11:27 11.06.2019

Ukraynada xəstəxanada yanğın: ölənlər var

Ukraynanın Odessa şəhərində yerləşən psixiatriya xəstəxanasında yanğın baş verib.

Qaynarinfo Straits Times-a istinadən xəbər verir ki, səhər saatlarında başlayan yanğın 6 nəfərin ölümünə səbəb olub, 4 nəfər isə yaralanıb. Binadakı digər 9 nəfər xilas edilib. 

Yanğının səbəbi və detalları barədə məlumat yoxdur.

Gülşən