Dünya 15:04 05.05.2021

Ukraynalı qızlar Türkiyədə çılpaq fotosessiyaya görə saxlanıldı

Türkiyədə bir neçə ukraynalı qadın yaxtada çılpaq fotosessiya etdiyi üçün tutulub. 

Qaynarinfo xəbər verir ki, bu barədə Pavlovsky.News portalının məlumatında deyilir.

Çılpaq ukraynalı qadınlar başqa bir yaxtanın kamerasına düşüb, bundan sonra şəkillər İnternetdə və yerli mediada peyda olub. Saxlanılanlardan birinin sözlərinə görə, atəşli fotosessiyada iştirak edənlər bütün gün dindirmə şəraitində saxlanılıblar. Bundan sonra qızların sərbəst buraxıldığı aydınlaşıb. 
Hadisədən sonra qızlardan biri Türkiyə və ya digər müsəlman ölkələrində çılpaq fotoşəkillər çəkdirməkdən imtina etməyə çağırıb və ən azı çəkiliş yerini sosial şəbəkədə qeyd etməməyi tövsiyə edib.

Bir qədər əvvəl Dubayda məşhur bir otelin balkonunda çılpaq qızların şəkilləri İnternetdə yayımlanmışdı. Hadisə skandala səbəb olmuş, modellər hüquq-mühafizə orqanları tərəfindən nəzarətə alınmışdı.
 
Alpər