Ölkə 23:10 27.03.2018

Ukraynalıların qanını “sorub” Azərbaycana satacaqlar

Ukrayna Nazirlər Kabineti bu ölkədə fəaliyyət göstərən "Biofarm Plazma” şirkətinə qan və ondan hazırlanmış pereparatların ixracı üçün icazə verib. Qərara əsasən şirkət qan və ondan hazırlanmış 30 adda pereparatı xaricə ixrac edə biləcək. Hökumət gələcəkdə də belə şirkətlərə ixrac icazəsi verilə biləcəyini bildirib. Lakin şirkətlər ölkə daxilində qana olan tələbatın ödənilməsindən sonra ixracla məşğul ola bilərlər.

"Biofarm Plazma” şirkəti isə bildirir ki, onların ixrac edəcəyi qanın əsas alıcıları Gürcüstan, Monqolustan,Vyetnam, Azərbaycan və Qazaxısta olacaq. Artıq bu ölkələrin şirkətləri ilə ümumi məbləği 7.5 milyon dollar olan müqavilələr bağlanıb. "Biofarm Plazma” şirkətinin həmsahibləri keçmiş nəqliyyat naziri Konstantin Yefimenko və biznesmen Vasili Xmelnitskidir. Təxmin edilir ki, ixrac edilən qanın bir litrinin qiyməti 50 dollara yaxın olacaq. Qan xüsusi labaratoriyada yoxlanıldıqdan sonra qablaşdırılacaq və ixrac ediləcək. (Virtualaz.org)