Dünya 18:48 26.11.2013

Ukraynanın baş nazirindən şok Rusiya ETİRAFI

Moskva Kiyevə Avropa Birliyi ilə assosiasiya sazişi imzalamağı təxirə salmağı və Rusiya-Ukrayna ticarət əlaqələrinin yaxşılaşdırılması barədə danışıqlara başlamağı tövsiyə edib.

APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Ukraynanın baş naziri Nikolay Azarov deyib. O, tövsiyənin konkret kimdən gəldiyini dəqiqləşdirməyib.
 
N. Azarov Rusiya ilə danışıqların dekabr ayında başlayacağını söyləyib. O, iki ölkə arasında daha öncə imzalanmış qaz sazişinin şərtlərinə yenidən baxılması ilə bağlı hələlik konkret razılığın olmadığını bildirib. N. Azarov avrointeqrasiyadan imtina müqabilində Rusiyanın Ukrayna hökumətinə kredit vəd etdiyi haqda xəbərləri də təkzib edib.

Qaynar.info