Ölkə 20:31 24.05.2021

Ukraynanın maliyyə naziri azərbaycanlıya vəzifə verdi (FOTO)

Azərbaycanın Ukraynadakı keçmiş səfiri, diplomat Azər Xudiyevə Ukraynada vəzifə verilib. Keçmiş səfir Ukrayna Maliyyə naziri Sergey Marçenkonun müşaviri təyin edilib.

Modern.az xəbəri dəqiqləşdirmək üçün Azər Xudiyevlə əlaqə saxlayıb. Oaçıqlamasında xəbəri təsdiqləyib:

"Ukraynada bir neçə müddətdir ki, müəllimlik edirdim. Keçən həftə maliyyə nazirliyindən belə bir təklif aldım. Mənə edilən təklifi qəbul etdim. Eyni zamanda, universitetdə də fəaliyyətimi davam etdirəcəm"

Qeyd edək ki, Azər Xudiyev 2016-2020-ci illərdə Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışıb.