Maqazin 14:07 10.06.2020

"Çukur"un baş rol ifaçılarından biri serialdan ayrılır

Türkiyənin məşhur "Çukur" serialında Səlim Koçovalı obrazını canlandıran aktyor Önər Ərkanın serialdan ayrılacağı iddia edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə yerli xəbər saytlarında xəbərlər yayılıb. Aktyorun hansı səbəbdən ayrılacağı məlum olmasa da, yeni başlayacaq serialların birindən rol təklifi aldığı ehtimal edilir.

Şirkətdən isə hələlik bu barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən çəkilişlərinə ara verilən "Çukur" serialı 93-cü bölümü ilə sezon finalına getmişdi. Serialın sentyabrın ilk həftəsindən yenidən yayımlanacağı bildirilir. "Çukur" serialı Azərbaycanda da böyük izləyici auditoriyası toplayıb.

Camal