Dünya 13:30 12.07.2019

Məşhur müğənni həbs edildi

R. Kelli ləqəbli amerikalı müğənni Robert Silvester Kelli həbs edilib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 52 yaşlı ulduza qarşı insan alveri, cinsi zorakılıq, uşaqlara qarşı zorakılığın da daxil olduğu 13 məsələ qaldırılıb. O, artıq 20-dən çox cinsi zorakılıq faktında günahsız elan edilib. 

Qeyd edək ki, R.Kelli 2008-ci ildən bəri müxtəlif zorakılıq faktlarında ittiham edilib.

Gülşən