Dünya 17:42 02.02.2018

UNICEF savadsızların sayını açıqladı

UNICEF qarşıdurma və fəlakətlərin təsirinə məruz qalan ölkələrin təhsil səviyyəsi barədə açıqlama yayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu ölkələrdə 59 milyon insan oxuya və yaza bilmir. 15-24 yaş arası insanlar arasında hər 10 nəfərdən 3-ünün heç bir təhsili yoxdur. Savadsızlığın daha çox müşahidə edildiyi ölkələr Nigeriya, Çad, Cənubi Sudan, Mərkəzi Afrika Cümhuriyyəti kimi ölkələrdir. Lider ölkə isə Nigeriyadır. Burada 76% insan təhsilsizdir. Çadda bu rəqəm 69%, Cənubi Sudanda 68%, Mərkəzi Afrika Cümhuriyyətində 64%-dir. 

UNİCEF direktoru Henrietta Fore bildirir ki, bu ölkələrdəki qarşıdurma və fəlakətlər savadsızlığa ciddi mənada təsir göstərir. Savadsız qız uşaqlarının sayı isə oğlan uşaqlarından daha yüksəkdir.

Gülşən