Dünya 14:25 11.06.2019

UNICEF: "Yəməndə hər 2 saatda 1 ana və 6 uşaq ölür"

Yəməndə hər iki saatda bir ana və altı körpə həyatını itirir.

Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin Uşaqlara Yadım Fondu (UNICEF) məlumat yayıb.
 
2014-cü ildən bəri vətəndaş müharibəsinin davam etdiyi ölkədə çox sayda insan aclıqla mübarizə aparır, səhiyyə müəssisələrinin sadəcə 51%-i fəaliyyət göstərir. Evdə baş verən doğuşların sayının artması ana və uşaq ölümlərində də kəskin yüksəlişə səbəb olub. Hamilə qadınlar düzgün qidalanmadığı və tibbi xidmət əldə edə bilmədiyi üçün doğuş prosesində itkilər artmaqda davam edir.

Gülşən