Ölkə 20:11 20.10.2018

Uşağın əli ətçəkəndə qaldı, FHN hərəkətə keçdi

Əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalan azyaşlı xilas edilib.

FHN-dən Qaynarinfo-ya verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.