Dünya 12:11 21.10.2018

Uşaq qatili həbsxanada yer olmadığı üçün azad edildi

Ukraynada azyaşlının ölümündə təqsirləndirilən şəxs azadlığa buraxılıb.

Qaynarinfo xəbər verir ki, Ukrayna Baş Prokurorunun köməkçisi Yevgeniy Yenin bu barədə sosial şəbəkə hesabında yazaraq qatilin Lutsk həbsxanasından buraxıldığını açıqlayıb. Addımın səbəbi kimi həbsxanada yer olmaması göstərilib. Öldürülən uşağın yaxınları qatillə küçədə rastlaşıb və polisə müraciət edib. Məsələ ortaya çıxandan sonra həbsxanalarda həmin şəxs üçün boş yer axtarılıb və o, yenidən həbs edilərək Toretskaya həbsxanasına göndərilib.

Gülşən