Sağlamlıq 20:01 12.05.2020

Uşaqlar həqiqətən də koronavirusu yüngül keçirirlər?

Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) infeksiyasıilə bağlı araşdırmalar davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə ABŞ Boston Uşaq Xəstəxanasının həkimləri koronavirusa yoluxan uşaqların kompyuter tomoqrafiya nəticələri barəsində araşdırma aparıblar.

20 uşağın analizlərinin araşdırılması nəticəsində məlum olub ki, onların əksəriyyətinin ağciyərində iltihablanma və digər simptomlar var. Bunların hər biri uşaqların nəfəs almalarını çətinləşdirən amillərdir.

Eyni zamanda sübut olunub ki, uşaqlar koronavirusu böyüklərə nisbətən çox yüngül keçirirlər, lakin bu hal xroniki xəstəliyi olan azyaşlılar üçün eyni deyil.