Video 16:39 11.02.2021

Uşaqlar “Xudayar təsnifi”ni möhtəşəm ifa etdilər (VİDEO)

Ağdam rayonunda yerləşən Gülablı kənd uşaq musiqi məktəbinin şagirdləri gözəl təşəbbüslə çıxış ediblər.

Müəllim Habil Məmmədovun rəhbərliyi ilə şagirdlər Xudayar Yusifzadənin ifasında ikinci həyat qazanmış "Vətən yaxşıdır” təsnifini ifa ediblər.

Müəllim və şagirdlərin birgə ifa etdiyi "Vətən yaxşıdır” təsnifi sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, "Vətən yaxşıdır” təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi” adlanıb.