İdman 10:28 13.08.2017

Useyn Bolt karyerasını zədə ilə başa vurdu (FOTO/VİDEO)

Londonda qaçış üzrə davam edən dünya çempionatında 4X100 metr məsafəyə estafet qaçışı Yamayka yığmasında karyerasının son yarışını keçirən Usain Bolt üçün uğursuz nəticələnib.

"Qaynarinfo" xəbər verir ki, estafet çubuğunu üçüncü qəbul edən Useyn Bolt sonuncu mərhələni zədə üzündən başa vura bilməyib. Beləliklə, Boltun karyerasındakı sonuncu qaçış komandasının diskvalifikasiyası ilə yekunlaşıb.

Qızıl medal Böyük Britaniya komandasına nəsib olub.

Azərbaycanlı Ramil Quliyevin də təmsil etdiyi Türkiyə yığması isə bu yarışda yeddinci olub.

Qeyd edək ki, Useyn Bolt Londondakı dünya çempionatında 100 metr məsafəyə qaçışda bürünc medal qazanıb. Onun qatılmadığı 200 metr məsafəyə qaçışın qalibi Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev olub. Bolt 8 qat olimpiya və 11 qat dünya çempionudur.  

Qaynarinfo.Az