Uğurlu sahibkar müştərisini dinləyəndir (FOTOLAR)

Uğurlu sahibkar müştərisini dinləyəndir (FOTOLAR)

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET MMC şirkətinin hər bir fəaliyyətinin əsasında müştərilərinə qayğı göstərmək və onların biznesinin effektivliyini artırmaq üçün faydalı olmaq arzusu dayanır.

Odur ki, müştəri münasibətlərini genişləndirmək məqsədilə bir sıra mühüm görüşlər keçirən PRONET MMC bu dəfə də  xüsusi önəm verdiyi Kontakt HOME mağazalar şəbəkəsinin qonağı oldu.

Məlumdur ki, Kontakt HOME mağazalar şəbəkəsi telekommunikasiya distribyutorluğu, məişət texnikası, televizorlar, elektronika və mebelin pərakəndə satışı sahələrində aparıcı şirkətlərdən biri sayılır.

Artıq bir ildir ki, Prospect ERP həllərindən biri olan ProCall – telefoniya və qaynar xətlərin idarə olunması sistemindən istifadə edən Kontakt HOME mağazalar şəbəkəsi ilə bu həllin faydalılığını ölçmək və tətbiqiliyini artırmaq məqsədilə keçirilən görüşdə adı çəkilən şirkətin Call Centre xidmətinin rəhbəri Aygün Kərimli və Marketinq departamentinin rəhbəri İradə Həsənova da iştirak etdilər.  Söhbət zamanı qısa müddət ərzində  artıq 1 ildir ki, tətbiq olunan Call Centre xidmətinin bir müştəriyə nə qədər faydalı olması, şirkətin inkişafında nə dərəcədə mühüm rol oynaması ilə bağlı fikir mübadilələri aparıldı.

“Əvvəllər məlumatların MS Excel faylda toplanmasını və call centre yalnız əlaqə üçün adi telefon rolunu oynadığını nəzərə alsaq “ProCall bizim müştərilərlə münasibətlərimizdə inqilabi çevrilişə səbəb oldu” – deyə bilərik. Çünki ProCall-la biz ilk növbədə analitika imkanı qazandıq. Bu da bizə növbəti addımlarımızı və inkişaf mərhələlərimizi müəyyən etmək imkanı verdi. Bu sistem sayəsində biz həm operatorlarımızı, həm müştərilərimizi, həm də onlar arasında münasibətlərimizi izləmək və eyni zamanda bütün bu münasibətlərdə yaranan problemlərə zamanında müdaxilə etmək imkanına sahibləndik. Çünki, ProCall-la operatorlarımızın səylərini ölçə bilir, gələn zəng və danışıqlar haqqında ətraflı və dəqiq hesabatlar əldə edə bilirik.  Təsəvvür edin ki, hər bir CC operatoru öz danışıqlarını dinləyə və bununla da öz səhvlərini rahatlıqla görə və düzəldə bilir. Beləliklə də biz müştərilərlə münasibətlərdə etdiyimiz nöqsanları vaxtında aradan qaldıraraq bu münasibətlərin inkişafına nail ola bilirik”- deyə İradə Həsənova bildirdi.

Yekun olaraq Aygün Kərimli belə bir həllin bütün istiqamətlərdə fəaliyyət göstərən sahibkarlar üçün son dərəcə əlverişli və faydalı olduğunu vurğulayaraq qeyd etdi ki, “Bizimçün daha vacib olan məqamlardan biri də itirilmiş zənglər idi, Çünki hər bir itirilmiş zəng itirilmiş müştəri deməkdir. Bu narahatçılığı da ProCall vasitəsilə aradan qaldırdıq. Ümumiyyətlə ProCall-la tanışlıqdan sonra biz telefon xidmətimiz vasitəsilə əvvəllər hətta  mövcudluğu haqqında düşünmədiyimiz yeni imkanlar kəşf etdik ki, zaman keçdikcə bu sistem sayəsində belə  imkanların sayı günü-gündən artmaqdadır”.

Görüşün sonunda PRONET MMC şirkətinin nümayəndəsi Kontakt HOME mağazalar şəbəkəsinə səmimi qəbul və xoş görüş üçün təşəkkürünü ifadə etdi və faydalı  əməkdaşlıq prinsiplərinə söykənən münasibətlərin bundan sonra da uğurla davam etdirilməsinə maraq göstərdiklərini bildirdi.

Qeyd edək ki, PRONET MMC hər bir həlli yaradarkən bu həllərdən böyük bir kütlənin, istehsalçıların, müştərilər üçün konfiqurasiyaları yaradanların, şirkətin məhsul və xidmətləri sayəsində öz biznesini optimallaşdıran müştərilərin hamısını nəzərə alaraq hər il onlarla şirkətdə layihə həlləri tətbiq edir. Məhz bu səbəbdən  də Pronet MMC həyata keçirdiyi hər bir layihə üzərində maksimum peşəkarlıqla çalışır, müştərilərinin işinin gələcəkdə müsbət və uğurlu nəticələr verməsi üçün bütün səylərini əsirgəmir.



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR