Sənət 15:51 28.10.2019

Uzun illər mətbəxdə asılan rəsm 26,6 milyon dollara satıldı

XIII əsrdə yaşamış dünya şöhrətli italyan rəssam Çimabuenin "İsa Məsihin istehzası" adlı əsəri auksionda 26,6 milyon dollara satılıb.

Qaynarinfo xəbər verir ki, auksionda əsərə təxminən 6-7 milyon dollar dəyər ölçülsə də, gözləniləndən baha qiymətə alıcı əldə edib.

Qeyd edək ki, "İsa Məsihin istehzası" uzun illər ərzində Fransanın Kampien kommunasında yaşayan yaşlı qadının mətbəxində asılıb. Qadın əsərin yoxlatmaq üçün mütəxəssisə müraciət edib və rəsmin Çimabuenin "İsa Məsihin istehzası" əsərinin orijinalı olduğu müəyyənləşib.

Gülşən