Dünya 13:39 08.02.2019

Uzun zamandır axtarışda olan terrorçu tutuldu

Əvvəllər Türkiyənin Diyarbəkir şəhərində müəllim işləyən S.Y. jandarma tərəfindən saxlanılıb.

Qaynarinfo posta.az-a istinadən xəbər verir ki, Şəhər Jandarmasının Terrorla Mübarizə İdarəsi, vətəndaşların şikayətinə əsasən illərdir axtarışda olan terrorçunun kim olduğunu aşkar edib.

Belə ki, şəhər sakinləri müəllimin yaşadığı evin həyətindən PKK bayrağı altında əlində kalaşnikov silahı ilə çəkilmiş şəkillərini tapdıqdan sonra jandarmaya müraciət edilib. Bununla da uzun illərdir şəhərdə axtarılan terrorçunun şəhərin müəllimi olması üzə çıxıb.