Video 11:47 30.12.2018

Vahid Ələkbərovun şərikinin qətlinin detalları açıqlandı (VİDEO)

Xəbər verdiyimiz kimi Moskvada "Lukoil" neft şirkətinin baş podratçısı, "Master-Neft" şirkətinin rəhbəri Şalva Şalyaxov öldürülüb.

Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, o, keçmiş arvadının sevgilisi tərəfindən qətlə yetirilib.

Buna səbəb isə onlar arasında yaranan mübahisə olub. Belə ki, keçmiş həyat yoldaşının sevgilisi Şalyaxovdan olan uşağın İslamı qəbul etməsini istəyib. Şalyaxov isə bunja etiraz etdiyindən aralarında mübahisə düşüb. Bundan sonra sifətinə tibb maskası taxmış şəxs Şalyaxovu Moskvadakı Qaribaldi küçəsi, ev 36 ünvanında qətlə yetirib. O, biznesmeni evinin girişində gözləyib və çoxsaylı bıçaq zərbələri endirib. 

Hadisədən sonra qatil taksiylə Şalyaxovun keçmiş arvadının evinə gedib. Polis isti izlərlə cinayətkarı tutub.

Faktla bağlı araşdırma davam etdirilir.