İdman 17:22 28.03.2020

“Valensiya” komandasında kütləvi yoluxma qeydə alındı

İspaniyanın "Valensiya" klubunun 10 futbolçusuna, 15 işçisinə koronavirus diaqnozu qoyuldu. 

Qaynarinfo xəbər verir ki, bu haqda "Marca” qəzeti məlumat yayıb. Yoluxanların adları bildirilmir. Bundan əvvəl Ecekiel Garay, Jose Gaia və Elyakim Mangal koronavirusa yoluxması haqda məlumat vermişdilər. 

Bundan bir gün əvvəl İspaniyada gün ərzində koronavirusdan ölənlərin sayı 832 nəfər olub.
 
Alpər