Sənət 09:10 31.03.2020

Van Qoqun "Bahar bağçası" oğurlandı

Dahi rəssam Vinsent Van Qoqun Niderlandın Sinqer Laren muzeyində sərgilənən Bahar Baxçası adlı rəsm səri oğurlanıb.
 
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, oğrular muzeyin ön tərəfindəki şüşə qapını qıraraq, içəri daxil olublar. Əsər götürülən zaman təhlükəsizlik siqnalizasiyası işə düşsə də polis oğruları tuta bilməyib. 1884-cü ilə aid tabloda məşhur rəssamın ailəsinin yaşadığı Şimali Brabant bölgəsində yerləşən Nuenen kəndindəki Zəfər bağçasının görüntüsü yer alır. 10 maya qədər davam etməli olan sərgi koronavirus pandemiyası səbəbindən bir müddətdir bağlı idi.
 
Qeyd edək ki, bu, sözügedən muzeydən ilk oğurluq hadisəsi deyil. 2007-ci ildə isə Sinqer Larendən 7 heykəl oğurlanmışdı.