Ekonomiks 11:15 22.06.2019

Vasif Talıbovdan daha bir təyinat (SƏRƏNCAM)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Anar Abdullayev Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bu ilin mart ayında deputat İsa Həbibbəylinin oğlu Səhət Həbibbəyli Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri təyin olunub.