Vatikanın iki departamenti tərəfindən yazılan və Papa Fransisk tərəfindən təsdiqlənən süni intellekt etikası ilə bağlı yeni sənədə görə, süni intellektin yaratdığı saxta media tədricən cəmiyyətin əsaslarını sarsıda bilər.
Qaynarinfo xəbər verir ki, sənəd "Antiqua et nova" (köhnə və yeni bilik) inanc doktrinası, mədəniyyət və təhsil dikasteriyaları adlanır.
"Bu məsələ diqqətli tənzimləmə tələb edir, çünki dezinformasiya istəmədən yayıla, siyasi qütbləşməni və sosial iğtişaşları alovlandıra bilər", deyə qeyd olunur.
Müqəddəs Taxt həmçinin dezinformasiya yayma potensialına görə "şərin kölgəsi"ni daşıyan "əsas süni intellekt tətbiqlərinin əksəriyyətinin bir neçə güclü şirkətin əlində olması" ilə bağlı "etik problem"in olduğunu bildirib: "Süni intellekt onu dizayn edən və istifadə edənlərdən fərqli olaraq mənəvi məsuliyyət daşımayan maşın olaraq qalır".
Vatikan hesab edir ki, süni intellekt insanlara xidmət etməlidir, lakin onları əvəz etməməlidir. İlahiyyatçılar süni intellektin "hissləri və düşüncələri yaşamaq" qabiliyyətinə malik olmadığı barədə xəbərdarlıq edərək, "Allahı öz yaradılışı ilə əvəz etmək iddiası"nı bütpərəstlik adlandırdılar.
Qeyd edək ki, daha əvvəl BMT-nin Baş katibi Antonio Quterreş süni intellektin nəzarətsiz inkişafını dövrümüzün ekzistensial təhlükəsi adlandırmışdı. Onun sözlərinə görə, süni intellekt cəmiyyətdə bərabərsizliyi gücləndirə və iqtisadi prosesləri poza bilər.
Aydın
Şərhlər