Sənət 09:51 05.05.2018

Vəfat edən xalq artisti Fuad Poladov kimdir? (DOSYE)

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının xalq artisti, görkəmli aktyor Fuad Poladov dünyasını dəyişib.

Qaynarinfo onun həyat və yaradıcılığı ilə bağlı məlumatı sizlərə təqdim edir:

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib[2]. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib.20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.

Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi rollar

Ferdinand - "Məkr və məhəbbət" (Fridrix Şiller)
Fərhad - "Məhəbbət əfsanəsi", (Nazim Hikmət)
Nizami - "Qılınc və qələm" (Məmməd Səid Ordubadi)
Baron - "Həyatın dibində", (Maksim Qorki)
Rauf - "Kərgədan buynuzu" (Maqsud İbrahimbəyov)
Mirzə Səfi – "Mirzə Şəfi" (Nəbi Xəzri)
Rəhman, Valeh, Salavan, Qədim, Mübarək, Həsənzadə, Səltənə - ("Mahnı dağlarda qaldı","Məhv olunmuş gündəliklər","Qəribə oğlan", "Büllur sarayda","Boy çiçəyi", və "Şeyx Xiyabani", (İlyas Əfəndiyev)
Hamlet, Benedikt-("Heç nədən səs-küy", "Hamlet" (Uilyam Şekspir)
Şahbaz bəy - "Müsyö Jordan və dərviş Məstəli şah", (Mirzə Fətəli Axundzadə),
Şöklü Məlik - "Torpağa sancılan qılınc", (Nəbi Xəzri)
Çığatay - "Yağışdan sonra "(Bəxtiyar Vahabzadə)
Avtandil - "Darıxma ana", (Nodar Dumbadze)
Şah Qacar-"Şah Qacar", (Əli Əmirli)
Müsyo İbrahim -"Müsyo İbrahim və Quran çiçəyi", (Erik-Emmanuel Şmitt)

1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.

Səməd Vurğun adına Rus Dram Teatrında oynadığı rollar

Erve Monten - "Tamaşaçılara baxmaq qadağandır" (J.Marsan)
Daniel - " Tənha kişi üçün tələ" (R. Tom)
Pavel Trunnikov - "Şəhərdə dəhşətli dərəcədə narahatlıq var" (İ. Pikovski)
Lopaxin - "Albalı bağı" (A.P. Çexov)
Yuliy Sezar - "Kölgələrin oyunu" (Y. Edlis)
Stefan " -Qara dəlik" (Q. Stefanovski)
İblis - "İblis" (H.Cavid)
Sankiti Oba - "Aramızdakı kabuslar" (K.Abe)
Eddi Karbone - "Eddi Karbone" (Körpüdən görünən mənzərə) (A. Miller)
Stefan - " Fransızsayağı ailə" (Ailənin həftəsonu) (J.Puare)
Svetlovidov - "Ququşu mahnısı" (A.P. Çexov)
Lord Avqust - "Avqust üzərinə düşən vəzifəni yerinə yetirir" (B.Şou)
Floran - "Müqəddəs bədheybətlər" (J.Kokto)
Eduard Polumb - "Dulların təsəlliçisi" (C.Marotta, B.Randon)
Həkim Korniş - "Əlçatmaz qadın" (S.Moema)
Napaleon 1 - "Napaleon 1" (F.Brukner)
Kardinal Vulsi - "Şah oyunları". (Q.Qorin)
Həkim Dorn - "Qağayı" (A.P.Çexov)
Herman Lyuis - "Qarışıq hisslər" (R.Baer)
Didr - "Pozğun" (E.E.Şmitt)(A.Brailovskinin tərcüməsi)...

Aldığı mükafatlar

Azərbaycan SSR-nin xalq artisti (20 mart 1987)
2015-ci ildə "Aktrisa" filminə görə "Ən yaxşı kişi rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.[3]
Cəfər Cabbarlı mükafatı (23 may 2016)

Filomoqrafiya

Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Nazim
Ağasadıq Gəraybəyli (film, 1974)
Axırıncı dayanacaq (film, 2014)
Ailə (film, 1998) (tammetrajlı bədii film) — rol: mafiya başçısı
Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: Vaqif Fətəliyev
Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası)
Arxada qalmış gələcək (film, 2004)
Atayevlər ailəsi (film, 1978)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Cəza (film, 1996)
Dede Korkut hikayeleri (film)
Dərvişin qeydləri (film, 2013)
Dolu (film, 2012)
Etimad telefonu (film, 2001)
Əlavə təsir (film, 2010)
Əlvida, cənub şəhəri (film, 2006)
Ən vacib müsahibə (film, 1971)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Fatehlərin divanı (film, 1997)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Günaydın, mələyim! (film, 2008)
Hacı Qara (film, 2002)
Həqiqətin özü (film, 2008)
Həyat çiçəyi (teleserial, 2013)
İmtahan (film, 1987)
İşarəni dənizdən gözləyin (film, 1986)
İstintaq davam edir (film, 1966)
Köpək (film, 1994)
Küçələrə su səpmişəm (film, 2004)
Qara "Volqa" (film, 1994)
Qayınana (film, 1978)
Qırmızı qatar (film, 1993)
Qırmızı terror və ya Mircəfər Bağırov (film, 1999)
Mən evə qayıdıram (film, 2014)
Ovsunçu (film, 2002)
Ömür və tale (film, 1998)
Rus tərcüməsi (teleserial) — rol: Əbdu Salih (Rusiya)
Salur Qazanın evi talandığı boy (film, 2001)
Tərsinə çevrilən dünya (film, 2011)
Təsadüfi görüş (film, 1999)
Üçüncü zəng (film, 2006)
Ümid (film, 1995)
Vahimə (film, 1998)
 
Allah Rəhmət Eləsin...