Ölkə 17:16 11.01.2014

Vəkillər imtahan edilir

Yanvarın 11-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı (TQDK) ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirir.

Vəkillər Kollegiyasına üzv qəbul olunmaq üçün müraciət etmiş namizədlərin peşə yararlılığını müəyyənləşdirmək məqsədi ilə keçirilən test imtahanları Bakıdakı 42 və 258 nömrəli orta məktəblərdə təşkil olunub.

Sənədlərin qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılmış, müsabiqədə iştirak etmək üçün 706 nəfərin namizədliyi qeydə alınıb. Saat 11.00-da başlamış və üç sааt davam edəcək imtаhаnda nаmizədlərə 100 suаldаn ibаrət test tapşırığı təqdim оlunub. Test imtahanından 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılacaqlar. İmtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında, beynəlxalq tələblərə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin olunub.

İmtahanının cavabları TQDK-nın internet saytında yerləşdiriləcək.

Qaynar.info