Ölkə 19:16 03.11.2017

Vəkillər Kollegiyası vəkilə fəxri ad verib

Bakıdakı 13 saylı hüquq məsləhətxanasının vəkili Pərviz Ələkbərov fəxri ada layiq görülüb.

"Report” xəbər verir ki, Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin qərarı ilə ona VK-nın "Fəxri hüquq doktoru” adı verilib.

Fəxri adın verilməsi ilə bağlı qərarı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr əvəzi Fərhad Nəcəfov imzalayıb.

P.Ələkbərov uzun illər səmərəli fəaliyyəti və Vəkillər Kollegiyasının ictimai həyatında fəal iştirakına görə bu ada layiq görülüb.

Qaynarinfo.Az