Dünya 15:43 17.09.2020

Veneraya canlı mikroorqanizmləri Sovet zondları aparıb? – Alimdən cavab

Bu yaxınlarda Venera atmosferində həyati fəaliyyətinin mümkün izlərini göstrərən mikroorqanizmlərin Sovet enmə stansiyaları "Venera” və "Veqa” missiyaları tərəfindən aparıla biləcəyi iddiası yalandır.

Qaynarinfo xəbər verir ki, bu sözləri Tibbi və Bioloji Problemlər İnstitutunun süni mühitdə sanitariya və gigiyenik təhlükəsizlik şöbəsinin müdiri Vyaçeslav İlyin deyərək iddianı təkzib edib.

"Yer cismlərinin Veneradakı kimi atmosferlərə davam gətirə bilməsi inandırıcı deyil... hətta termotolerantlar belə", - o qeyd edib.

Qeyd edək ki, bir neçə gün qabaq NASA-nın rəhbəri Jim Bridenstein Twitter-dəki mikrobloqunda anaerob biologiyanın yan məhsulu olan fosfinin Günəş sistemindəki ikinci planet olan Veneranın atmosferində kəşf edilməsinin və bu faktın Yerdən kənar həyat axtarışında mühüm bir hadisə olduğunu qeyd etmişdi.
 
Alpər