Dünya 10:57 23.02.2019

Venesuela Kolumbiya ilə sərhədi bağladı

Venesuela Kolumbiya ilə sərhədi qismən bağlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə vitse-prezident Delsi Rodriqez məlumat verib. Qərarın səbəbi kimi Kolumbiyanın ölkə suverenliyinə və sülhə təhlükə yaratması göstərilib. Bu günlərdə Kolumbiyadan ölkəyə humanitar yardımın daxil olması gözlənilirdi. Ölkə rəhbəri Nikolas Maduro isə humanitar yardımın ABŞ-ın işğal siyasətinin bir hissəsi olduğunu bildirib.

Qeyd edək ki, Venesuelada siyasi qeyri-sabitlik hökm sürür. Müxalifət lideri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib və onun hakimiyyəti ABŞ başda olmaqla bir çox dünya ölkəsi tərəfindən tanınıb.

Gülşən