Dünya 20:51 06.08.2017

Venesuelada çevrilişə cəhd oldu

Venesuelanın Valensiya şəhərində bir qrup hərbçi iqtidarı devirməyə cəhd edib.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Prezident Nikolas Maduronu hakimiyyətdən salmaq istəyənlərin bu cəhdi hökumət tərəfindən terror hücumu olaraq dəyərləndirilib və qarşısı alınıb.

Çevriliş etmək istəyən hərbçilər bu barədə video yayımlayıblar. Görüntülərdə özünü kapitan Cuan Kaquaripano kimi təqdim edən şəxs çevrilişə qatılmayan bölmələrin  də hədəf alınacağını bildirib.

Məlumata görə, çevriliş etmək istəyən hərbçilər bazadan silah oğurlamağa cəhd ediblər. Hadisədən sonra 7 nəfər həbs olunub.

Bəzi beynəlxalq mətbu orqanlar isə bunun çevriliş deyil, konstitusiyanın dəyişdirilməsi üçün həyata keçirilən aksiya olduğunu yazıb.

Qaynarinfo.Az