Ukrayna Ali Radası ölkənin NATO-ya daxil olması üçün yeganə əngəli açıqlayıb.
Qaynarinfo xəbər verir ki, millət vəkili İrina Vereşçukun sözlərinə görə, yalnız "öz gücünə inamın olmaması” Kiyevin Avroatlantik inteqrasiyasına mane ola bilər.
UNN-in məlumatına görə, Prezident Vladimir Zelenskinin partiyasını parlamentdə təmsil edən Xalqın Xidmətçisi partiyası dövlət qurumlarının yaşaması və qorunub saxlanmasının Ukraynanın Alyansa qoşulmasından asılı olduğunu qeyd edib. Onun fikrincə Ukraynanın NATO-ya qəbulu Donbasdakı müharibənin sona çatmasına və yeni münaqişələrin yaranmasının qarşısını almağa imkan verəcəkdir.
Vereşçukun sözlərinə görə, Maydanın nəticəsi olaraq ölkədə hakimiyyət dəyişdikdə, 2014-cü ilə qədər Krım itirildiyi və Donetsk və Luqansk bölgələri "qaynar nöqtəyə" çevrildiyi zaman Ukraynalılar NATO-ya qoşulmağı bir dəyər və demokratik seçim olaraq qəbul ediblər. Millət vəkili müharibənin başlamasından sonra "bu, həyati bir seçim oldu" deyib.
Deputat xalqı bir-birinə, prezidentə, hökumətə etibar tməyə çağırıb, ki, o halda Ukrayna NATO-ya girə biləcək, - deyib.
"Alyansa daxil olmaq istəyən hər bir ölkə çətin yol keçib, lakin "öz gücünə inam olmasaydı” heç biri bu yolu sona qədər keçə bilməzdi”, - deyə Ali Radanən Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü bildirib.
Alpər
Şərhlər