Ölkə 14:25 28.12.2017

Vergilər Nazirliyində şok istefa: ərizəsini nazirə təqdim etdi (FOTO)

Mikayıl Cabbarov Vergilər naziri təyin olunandan sonra nazirlikdə istefa dalğası sürətlə davam edir.

Qaynarinfo unikal.org-un əldə etdiyi məlumata görə, artıq Vergilər nazirinin I müavini Sahir Məmmədxanov da postunu tərk etmək qərarına gəlib. Belə ki, S. Məmmədxanov istefa ərizəsini nazir Mikayıl Cabbarova təqdim edib.

Yaxın günlərdə Fazil Məmmədovun komandasına sadiqliyi ilə seçilən S. Məmmədxanovun istefasının qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 29 mart, 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi.