Ekonomiks 20:00 24.06.2013

“Vertu”-dan yeni “Android”- li smartfonlar

Britaniyanın "Vertu" şirkəti öz "Vertu TI Colour" model xəttini genişləndirib.

İstehsal edilmiş aparatlar iki rəngdə "Sunset Red" və "Midnight Blue" əlçatandır.

"ICTnews.az" elektron xəbər xidməti bildirir ki, sözügedən cihazlar məhdud sayda (1000 ədəd) istehsal edilib. Bir mobil qurğunun qiyməti 8900 avro (11700 dollar) təşkil edir.

Qurğu sensor funksiyasına və 3.7 düym diaqonala malik sapfirli ekran, "Android 4.0" mobil əməliyyat sistemi, 1,7 QHs takt tezliyində ikinüvəli "Qualcomm Snadragon S4" çipi, 64 Qb daxili yaddaş və 8 meqapiksellik kamera ilə təchiz edilib.

Qaynar.info