Ölkə 19:33 09.03.2018

Veteranlar Təşkilatına 300 min manat ayrıldı

Prezident İlham ƏliyevAzərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Qaynarinfo-nun məlumatına görə, 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 000 (üç yüz min) manat ayrılıb.