Ölkə 11:10 09.10.2017

Vəziyyəti ağırlaşan aktyorumuz təcili əməliyyat edildi: reanimasiyadadır

Gəncə Dövlət Dram Teatrının aktyoru, fəxri mədəniyyət işçisi Yusif Cəfərov ürəyindən əməliyyat olunub.

"Qaynarinfo" xəbər verir ki, bu barədə Yenicag.az-a teatrın mətbuat xidmətinin rəhbəri Anar Bürcəliyev açıqlama verib. O, aktyorun reanimasiyaya yerləşdirildiyini bildirib.

Xatırladaq ki, ürək çatışmazlığından əziyyət çəkən Y. Cəfərov 1 həftə əvvəl Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.


Qaynarinfo.Az