Ölkə 11:50 11.12.2018

Bakıda VI Ağıl Oyunları Festivalı keçiriləcək

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə ənənəvi ‘’VI Ağıl Oyunları Festivalı’’ keçiriləcək.

Qaynarinfo xəbər verir ki, poplulyar intellektual oyunlar olan "Nə? Harada? Nə zaman?” və Xəmsə Milli İntellektual Oyunu üzrə təşkil ediləcək Festival Xəzər İntellektual Gənclər Klubu tərəfindən hər il keçirilən ənənəvi turnirlərdəndir. Festival çərçivəsində seçim turları və finalın keçirilməsi planlaşdırılır.

VI Ağı Oyunları Festivalının keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Layihənin seçim turları dekabr-fevral ayları ərzində keçiriləcək. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar Festivalın finalına vəsiqə qazanacaqlar. Final oyunu fevral ayının sonunda Bakı şəhərində təşkil olunacaq.