Siyasət 17:03 30.03.2013

Vidadi Mirkamal: "Siyasi rəhbərlərin hərəsinin öz iddiası var"

“Vahid Seçki Mərkəzinin yaradılması barədə İctimai Palatanın sessiyasında və Koordinasiya Şurasının iclasında müzakirələr aparılıb”. 

Bu barədə APA-ya açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib.

V. Mirkamal bildirib ki, müxalifətin Vahid Seçki Mərkəzinin yaradılması ilə bağlı təklif İP-in sessiyasında və Koordinasiya Şurasının iclasında müzakirəyə çıxarılaraq müsbət dəyərləndirilsə də, bu istiqamətdə heç bir addım atılmayıb: “Siyasi rəhbərlərin hərəsinin öz iddiası var. Ümumilikdə demokratik düşərgə bir araya gəlməlidir ki, bununla bağlı qərar qəbul edilsin. Nə qədər ki, bir arada deyillər, bu variant da qəbul olunan deyil. Ona görə hələ də bu istiqamətdə konkret addımlar atılmayıb”.

Qaynar.info