Siyasət 11:23 31.05.2020

Vitse-spiker maskanı çıxarmağı təklif etdi, spiker razılaşdı

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası öz işinə başlayıb. 

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda vitse-spiker Fəzail İbrahimli spiker Sahibə Qafarovaya təklif verib. O qeyd edib ki, spiker üçün maskalı vəziyyətdə iclas aparmaq çətin olacaq: "Rahat danışmaq və iclası aparmaq üçün maskadan istifadə etməyə də bilərsiniz”.

Spiker ara məsafəsinin qorunduğunu əsas gətirərək deputatın təklifini nəzərə alıb.